İsti havada enerji içkisi içənlərə XƏBƏRDARLIQ: Ölə bilərsiniz…

Anomal istilər zamanı daha çox gənc oğlanlar və kişilər sərinləmək üçün adi su əvəzinə, soyuq energetik içkilər alır. Yayda əlində ucuz energetik içki olan kişiləri hər yerdə -küçədə, yolda, maşında görmək olar. “Pulumu verirəmsə, həm sərinlənim, həm enerjili olum” deyə 1-2 manatlıq energetik içkilər almaq kişilərin ürəyini risk altına atır.

Yenicag.az “Medicina”ya istinadən xəbər verir ki, terapevt nutrisoloq Tamara Rau istidə energetik içkilərin niyə təhlükəli olduğunu açıqlayıb.

“Energetik içkilər çoxlu miqdarda kofein – stimulyator və şəkərlə zəngindir.Bu qarışım ürək-damar sistemini yükləyir, işini pozur, bədəni susuzlaşdırır, beyinə təsir edir. İsti havada kofeinlə ürəyin ritmini artırmaq olmaz. Bu istilik vurma riskini artıra bilər.

Energetik içkinin heç bir sərinləşdirici təsiri yoxdur. Əksinə bədəni daxildən isidir.
Kofein isə ürəyin daha çox tez-tez yığılıb qanı qovmasına səbəb olur.

Belə olduqda spazm, başgicəllənmə, ürəkdə narahatlıq, ürək döyünmə, hətta infarkt ola bilər. Məsələn isti havada 2-3 banka energetik içki orta yaşlı insanda, hətta ürəyi zəif gənc kişidə infarkta səbəb ola bilər”.