İsti yay gecələrində rahat yatmaq üçün – 7 qeyri-adi üsul

Yayda isti gecələrdə yatmaq çox çətin olduğu üçün yuxusuzluq problemi artır. Ətraf mühitin temperaturu çox yüksək olduqda, bədən soyumağa əlavə səy sərf etməyə məcbur olur və bu yuxu proseslərini pozur.

Yenicag.az “Medicina”ya istinadaən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kondisioner olmadan istidə yaxşı yatmağınıza kömək edəcək bir neçə ağlagəlməz yollar var.

1. Ayaqlara isti vanna. Yatmazdan əvvəl ayaqlarınızı bir az isitsəniz, əsas bədən istiliyiniz bir qədər yüksələcək. Yatmağa getdiyiniz zaman, yavaş-yavaş azalmağa başlayacaq, bu da yuxuya getmək prosesi üçün vacib şərtdir.

3. İsti duş. Prinsip eynidir – sərin duşdan fərqli olaraq, isti su bədənin daxili temperaturunu artırmağa kömək edəcək və sonra özünüzü daha yaxşı hiss edəcəksiniz.

4. Öz kondisionerinizi hazırlayın. Ventilyatorun qarşısına bir qab buz qoyun.

5. Pijamaları dondurun. Yatmazdan bir neçə dəqiqə əvvəl pijamalarınızı vakum torbasına yerləşdirərək dondurucuya qoyun. Eyni şeyi yastıq üzü ilə də edə bilərsiniz.

6. Çılpaq yatmayın. Nə qədər isti olsa da, pijamanızı çıxartmayın, çünki çox tərləyəcəksiniz. Pijamalarınıza hopan tər tər dərinizdə yığılacaq. İsti havalarda pambıq, ipək və ya bambuk lifi kimi təbii, nəfəs alan parçalardan hazırlanmış boş, açıq rəngli pijamaları seçin.

7. Saçlarınızı fenlə qurutmayın. Duşdan sonra saçınızı qurutmayın – nəm saçlar sizi uzun müddət sərinlədəcək.

 

COP29