“Əgər su çox cirkli deyilsə və birbaşa təbii qaynaqlardan gəlirsə, o suların sadəcə, maye xlorla təmizlənməsi yetərlidir”.
Bu fikirləri məzillərə verilən içməli suyun keyfiyyəti haqda danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, mənzillərə verilən suyun təmizlənmə prossesi müəyyən mərhələlərdən keçdiyi üçün onun tərkibində bir sıra dəyişikliklər baş verir:
“Mənzillərə verilən suların keyfiyyəti ilə bağlı bir çox məqamlar var. Birbaşa su anbarlarından və ya mənbədən gələn suların hər birinin təmizlənməsi fərqli şəkildə həyata keçirilir. Bu gün yeni tikilmiş binalarda mənzillərə anbarlarda saxlanılan sular verilir. Əgər həmin anbarlarda təmizləmə və saxlanma qaydalarına düzgün riayət olunmursa, bu, sularda bakteroloji çirklənmənin baş verməsinə gətirib çıxardır.
Ümumiyyətlə, suların təmizlənmə prosesi müəyyən mərhələlərdən keçdiyi üçün onun tərkibində də dəyişikliklər baş verir. Əgər su çox cirkli deyilsə və birbaşa təbii qaynaqlardan gəlirsə, o suların sadəcə, maye xlorla təmizlənməsi yetərlidir. Yox, su əgər həddindən artıq çox çirkli dirsə, bu zaman onun təmizlənməsində ultrabənavşəyi şüalardan da istifadə edlməlidir.
Bu gün “mənzillərə verilən suları birbaşa içmək olarmı?” sualını tez-tez eşidirik. Çünki həmın suların təmizlənmə prosesinin düzgün aparılıb-aparılmadığı şübhə altındadır. Bəzən bu sularda çox bulanıqlıq müşahidə edilir, bəzən isə həddindən artıq xlor qoxusu gəlir. Ona görə də yaxşı olar ki, gündəlik içmək üçün satışda olan təmiz sullaran istifadəyə üstünlük verilsin.
Mənzillərə verilən sular birbaşa içilməyə tövsiyyə olunmasa da, onılardan qaynadılmış şəkildə ara-bir istifadə etmək olar. Çünki qaynadıldıqdan sonra suyun tərkibindəki minerallar öz faydalılıq xüsusiyyətini itirdiyi üçün insanlarda vitamin və mineral çatışmazlığı yaranır”.
Nuray Məmmədzadə