!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstinad divarı ölüm saçır

!Reklam – Yazi

45935Yenicag anspress-ə istinadən bildirir ki, paytaxta yağan qarın əriməsi nəticəsində Bayıl qəsəbəsi Buxta küçəsi 212 ünvanındakı binanı mühafizə edən iri ölçülü istinad divarının beton bloklarında qabarma və çatlar əmələ gəlib. Bildirilir ki, bu bir mərtəbəli binada əvvəllər DNS-nin rabitə qovşağı yerləşirmiş. Hazırda isə burada Zəngilan rayonundan məcburi köçkün düşmüş 6 ailə məskunlaşıb. Buxta küçəsində hündürlüyü 5 metrdən çox olan istinad divarı uçqun prosesinə məruz qalsa, ondan 3 metr aralıdakı fərdi yaşayış evləri üçün ciddi təhlükə qaçılmaz ola bilər.

Sakin Səxavət Məmmədov deyir ki, bu təhlükəli vəziyyət keçən ildən yaranıb. Amma qarın yağması ilə əlaqədar daha da pisləşib və yaşamaq mümkün deyil. Sakinin sözlərinə görə, durumla əlaqədar bütün aidiyyatı qurumlara xəbər verilsə də hələki bir xəbər yoxdur.

Əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, Buxta küçəsi yüksək maililiyə malik yamacda yerləşir. Pilləvari küçələrdən ibarət olan ərazidə terraslaşma işləri həyata keçirilib. Həmin terraslaşma işlərindən sonra istinad divarlarının və bir-birinə yaxın fərdi yaşayış evlərinin inşası həyata keçirilib.

Nazirliyin məlumatında oda qeyd olunur ki, fərdi yaşayış evləri uçqun sahəsindən bir neçə metr kənarda yerləşir bu da çox təhlükəlidir. Ona görə də bu ərazidə yaşayan sakinlərin köçürülməsi məsələsi söhbət mövzusudur.

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv