İstintaq Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin sabiq rəisi ölü tapılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, rüşvətxorluğa görə 14 il müddətinə azadlıqdan məhrum edilən İstintaq Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin sabiq rəisi Mixail Maksimenko ölmüş vəziyyətdə aşkar edilib.
Mixail Maksimenkonun cəsədi bu gün, noyabrın 21-də səhər saatlarında anbarda aşkar edilib.
O, Nijni Novqorod vilayətində İslah müəssisənin psixiatriya xəstəxanasında müalicə alırdı.
““Korrupsiyaya görə cəza çəkən Mixail Maksimenko Rusiya koloniyalarından birində ölü tapılıb. Məhkumun meyiti anbarda aşkar edilib. Keçmiş polkovnik orada intihara cəhd etdikdən sonra müalicə olunurdu”, – media yazıb.
Xuraman Etibarlı