Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İstiqlal marşı, Atatürkün sevdiyi mahnılar... - FOTOLAR

Bu gün Ankarada Türkiyə Vəkillər Birliyinin təşkilatçılığı ilə Dünya lideri Atatürkü anma proqramı keçirilib.

Yenicag.az xəbər verir ki, ilk olaraq Atatürk bir dəqiqəlik sükutla yad edilib. Ardınca İstiqlal marşı səsləndirilib.

Daha sonra Türkiyə Vəkillər Birliyi Kollegiyası xoru Atatürkün sevdiyi mahnıları ifa edib.

Türkiyə Vəkillər Birliyinin sədri Metin Feyzioğlu hər kəsi salamlayaraq, iştirak edənlərə təşəkkürünü bildirib: “Doğruları əks etdirməyi peşəmizin vazgeçilməz şərti hesab edirik. Hüququn aliliyi biz vəkillər üçün hava su qədər mühümdür. Bu gün burada – cənab prezident Akıncının varlığıyla şərəf verdiyi bu salonda Atatürkü anmaq bizim üçün yerinə yetirməli olduğumuz qürurlu vəzifədi. Hamınızı bir daha salamlayıram.”

Qeyd edək ki, tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, Azərbaycan Vəkillər Kollegiyası, Başqırdıstan, Bosna və Hersoqovina, Dağıstan, Gürcüstan, Karaçay-Çərkəz, Qazaxıstan, Kıbrıs Türk Vəkillər Birliyi, Qırğızıstan, Kosova. Monqolustan, Rusiya Federasiyası, Tacıkıstan Vəkillər Birliyi, Tatarıstan Vəkillər Palatası sədrləri, professor İlham Rəhimovun rəhbərliyilə Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası, həmkarlar ittifaqlarının sədrləri, rektorlar təmsil olunub.

Aydan Axundova, Ankara

Loading...

www.yenicag.az

1824
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100