!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstiqlal və istiqbal şairi Mehmet Akif Ərsoyun anım mərasimi keçirilib - FOTOLAR

!Reklam – Yazi

Dünən Yunus Emre İnstitutunun təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mehmet Akif Ərsoyun anım mərasimi keçirildi.

Yeniçağ.Az xəbər verir ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkilləri Qənirə Paşayeva və Hikmət Babaoğlu da iştirak etdilər. Tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə açıq elan edildi.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, İstiqlal marşının müəllifi, dahi şair Mehmet Akif Ərsoyu hörmət və sevgi ilə yada salaraq, o dövrdə Türkiyənin üzləşdiyi çətinliklərdən söz açdı:

“1920-ci ildə İstiqlal marşı üçün müsabiqə təşkil edilmişdi. Şairin ürəyində vətən sevgisi o qədər qüvvətli idi ki, 500 lirəlik mükafat vəd edildiyinə görə əvvəlcə belə bir yarışmaya qatılmaq istəmədi. Lakin onun yarışmaya qatılması üçün kənardan çoxlu istək və təkid edilirdi. Nəhayət, şair yalnız bir şərtlə qatıla biləcəyini söylədi. Müsabiqəni qazandığı təqdirdə 500 lirəlik mükafı götürməyəcəkdi. Məmləkətin ölüm-qalım mübarizəsi apardığı, düşmənin Afyonu alıb, Ankaraya qədər gəldiyi bir vaxtda Mehmet Akif Ərsoy da öz qələmi ilə, içindəki millət və vətən eşqi ilə bir çox sınaqlardan çıxdı. Mehmet Akif vətən şairi idi və əlbəttə ki, vətən sevgisinin də sınağı çox böyük idi.

Biz bu duyğunu sadəcə, Qurtuluş savaşında deyil, sadəcə, Çanaqqala savaşında deyil, bizə yaxın bir tarixdə 15 iyul 2016-cı ildə də təkrar yaşadıq. Türk milləti varlığına qəsd etməyə çalışanlara qarşı tankların qarşısına fədakarcasına çıxmaqla heç bir sınaqdan boyun qaçırtmadı.”

Qənirə Paşayeva da çıxışında Mehmet Akif Ərsoy yaradıcılığının dərinliyindən danışaraq, may ayında Tovuz rayonunda da belə bir tədbirin keçiriləcəyini bildirdi. Həm Türkiyənin, həm Azərbaycanın istiqlal üçün verdiyi şərəfli mübarizə barədə məlumat verən millət vəkili, hər iki qardaş ölkənin istiqlaliyyətinin əbədi olmasını dilədi.
“Yeni Azerbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu isə qeyd etdi ki, zaman-zaman Qərb imperializmi türk millətinin istiqlaliyyətinə kölgə salmağa çalışıb.

Bakı Yunus Emre İnstitutunun rəhbəri İbrahim Yıldırım, İstiqlal marşının qəbul edilməsinin 96-cı ildönümü olduğunu xatırladaraq, istiqlal şairi Mehmet Akif Ərsoyun timsalında bütün istiqlal şəhidlərinin xatirəsini hörmətlə yad etdi. Yıdırım, ərəbcə, farsca və fransızcanı mükəmməl səviyyədə mənimsəmiş şairin öz ana dilində yaratdığı əsərlərin türk dilinin inkişafında oynadığı roldan danışdı. İbrahim Yıdırım həmçinin qeyd etdi ki, Mehmet Akif Ərsoy sadəcə, istiqlal şairi deyildi; o bir ideyanın, dünyagörüşünün də müəllifi, yol göstərənidir.

Tədbirin qeyri-rəsmi ikinci hissəsində dahi şairin “İstiqlal Marşı”, “Atiiyi qaranlıq görərək əzmi bırakmak”

“Çanaqqala şəhidlərinə” adlı şeirləri səsləndirildi. Novruz Novruzlu və Savalan qrupunun ifasında Yəmən türküsü ifa edildi.

Tədbir Pantomim teatrının 8 dəqiqəlik çıxışı ilə sona çatdı.

Yeniçağ.Az

www.yenicag.az

1135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv