Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İstiqlalçı deputatdan Pənah Hüseynin yeni təşəbbüsünə SƏRT REAKSİYA: “Xalqı aldatmaqdır”

Reklam: Sinerji Pro

“Bu təşəbbüs Prezident Administrasiyasında hazırlanıb, tapşırıq oradan verilib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev və Milli İstiqlal Partiyasının (AMİP) siyasi təşkilatların iştirakı ilə yeni müzakirələrin keçirilməsi təşəbbüsünə münasibət biildirən istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, professor Hacıbaba Əzimov deyib.

Professorun sözlərinə görə, adları çəkilən partiya rəhbərlərinin bu təşəbbüsü xalqı növbəti dəfə aldatmaqdır: “Qeyd edim ki, həmin partiyaların rəhbərləri ilə yaxın münasibətlərim var və onlar bu məsələ barəsində mənimlə də görüşüb, məsləhətləşiblər. Mən də öz mövqeyimi aydın şəkildə bildirmişəm. Ancaq kim olursa-olsun, əgər milli mənafeyə azacıq da olsa, zərər vuran hərəkət edirsə, yaxud da bir fikir ortaya atırsa, ən əziz adamıma da belə şeyləri bağışlamıram, sözümü də kəskin formada deyirəm. Onların fikri xalqı növbəti dəfə aldatmaqdan başqa bir şey deyil. O partiyaların təşəbbüsünün məğzi bundan ibarətdir ki, guya qeydiyyatı olan bütün partiyalar, o cümlədən də YAP və Milli Məclisdə müxalifət adına təmsil olunan təşkilatlar bir araya gəlib ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etsinlər. Mən bilirəm ki, bu, xalqı növbəti dəfə aldatmaq, başının altına yastıq qoymaq və xalqın təşkilatlanması prosesini pozmaq, həmçinin son vaxtlar fəal surətdə mübarizə aparan Azərbaycan Xalq Hərəkatının işini əngəlləmək, real müxalifət qüvvələrinin fəaliyyətini zəiflətmək üçün ortaya atılmış təşəbbüsdür. Onlara açıq şəkildə dedim ki, bu təşəbbüs Prezident Administrasiyasında hazırlanıb, tapşırıq oradan verilib. Xatırlatdım ki, dəfələrlə belə təşəbbüslər olub, tədbirlər keçirilib, fikrimizi bildirmişik, təkliflər irəli sürmüşük. Ancaq onların heç biri nəzərə alınmadı. Ona görə də, nəticə olmayandan sonra belə görüşlərin keçirilməsinin heç bir əhəmiyyəti yoxdur”.

A.Zeynalov

www.yenicag.az

1273