İstiqlalçı millət vəkilimiz vəfat etdi – Yataqxanada

İstiqlalçı millət vəkili, Azərbaycanın müstəqilliyinə səs vermiş Məryəm Həsənova Siyəzəndə yaşadığı yataqxananın birotaqlı mənzilində vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı öz facebook səhifəsində məlumat verib.

Məryəm Həsənova 1990-1995-ci illərdə Azəbaycan parlamentinin üzvü olub.

1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına səs verənlərdən, “Müstəqil Azərbaycan” deputat blokunun 43 üzvündən biri olub.

Məryəm Həsənova son illərdə ciddi xəstəlikdən əziyyət çəkirdi.

COP29