İstirahət günlərində səyahətə çıxanlar üçün HAVA PROQNOZU

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-ın məlumata görə, Böyük və Kiçik Qafqaza yaxın iki gündə arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsindəəsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də arabir yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun13-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Bakıda yaxın iki gündə küləkli hava şəraiti müşahidə olunacaq, əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-31 dərəcə isti təşkil edəcək.

COP29