!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstirahət günlərində səyahətə çıxanlar üçün HAVA PROQNOZU

!Reklam – Yazi

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açqılanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenciag.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edənlərin nəzərinə çatdırırılıb ki, gündüz saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 29-34, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz, sabit hava şəraiti müşahidə olunacaq. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırılır ki, sentyabrın 1-2-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi üstünlük təşkil edəcək. Komfort temperatur göstəriciləri müşahidə olunacaq, maksimal temperatur 28-32 dərəcə isti təşkil edəcək.

www.yenicag.az

816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv