İstirahət günlərində səyahətə çıxanlar üçün HAVA PROQNOZU

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda gündüz, əsasən, yağmursuz hava şəraiti müşahidə olunsa da, səhər və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda 9-14 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək.

Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 11-16 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında, əsasən, yağmursuz hava şəraiti müşahidə olunsa da, oktyabrın 7-si gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək.

Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək.

Nazirlik paytaxt qonaqlarının nəzərinə çatdırır ki, oktyabrın 6-sı gündüz, 7-si gün ərzində havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın maksimal temperaturu 19-21 dərəcə isti təşkil edəcək.

COP29