!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstirahət gününə olan hava proqnozu açıqlandı

!Reklam – Yazi

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 15-18°, gündüz 22-26° isti, Bakıda gecə 16-18°, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

Rayonlarda əsasən yağmursuz olacaq, lakin Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 20-25° isti, dağlarda gecə 6-11°, gündüz 14-19° isti təşkil edəcək.

www.yenicag.az

5105
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv