!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstirahətə gedən ailə qəzaya düşdü: yaralananlar var

!Reklam – Yazi

Şabran rayonunda baş verən yol qəzasında bir ailənin 6 üzvü ağır xəsarət alıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun 1-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Bakı şəhərindən istirahətə gələn ailənin olduğu “Mercedes” markalı 10-UN-680 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya uğrayıb.

Qəza nəticəsində xəsarət alanlardan 2 azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına, 1 uşaq Şabran Rayon Mərkəzi Xəstəxanasına, 3 nəfər isə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Quliyeva Mina Ramiz qızına sağ dirsəyin qapalı sınığı, bədənin müxtəlif yerlərində çoxsaylı sıyrıntılar diaqnozu qoyulub.

Xəsarət alan digər şəxslərin adları hələlik məlum deyil.

Xəstəxanalardan bildirilib ki, xəstələrə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

1037
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv