İstixanadan 8 min manatlıq bitki dərmanları oğurlandı

Bakıda istixanada oğurluq hadisəsi olub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbəsi ərazisindəki istixanaların birindən 8 min manat dəyərində bitki dərmanları və istilik sisteminin avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Zirə qəsəbə sakinləri O.Ağayev və R.Bünyadzadə saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.