Reklam

Reklam

silviaHadisə Silviyanın 73 yaşını qeyd etdiyi gün baş verib

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, İsveç kraliçası Silviya güclü başgicəllənmə ilə əlaqədar özünü pis hiss etdiyinə görə Karolina Universitetinin xəstəxanasına yerləşdirilib.

Məlumata görə, hadisə Silviyanın 73 yaşını qeyd etdiyi gün – dekabrın 23-də baş verib. Həkimlər onu müayinə etmək üçün gecə tibb müəssisəsində saxlayıblar.

“Son məlumata əsasən, kraliça özünü yaxşı hiss edir. Amma ehtiyat tədbiri kimi hələ ki xəstəxanada qalacaq”, – deyə kral sarayının mətbuat katibi Marqarita Turqren bildirib.

Kral ailəsinin bütün üzvləri bu haqda məlumatlandırılıblar.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 74
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."