Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İsveç nəhəngi “Volvo” ilk dəfə olaraq dəridən imtina etdi - FOTO

İsveç nəhəngi “Volvo” ilk dəfə olaraq dəridən imtina edir.

Yenicag.az xəbər verir ki, bunun əvəzinə “Volvo Cars” tərkibində dəri olmayan yeni, daha dözümlü materiallardan istifadə edəcək.

Tərkibində dəri olmayan materiallar C40 və yeni istehsal ediləcək XC90 modellərində istifadə olunacaq. Dərisiz seçimlər 60 seriyalı və XC40 Recharge-da da təqdim ediləcək. “Volvo” tərəfindən təkrar emal edilmiş mənbələrdən hazırlanan yeni materiallar yüksək keyfiyyətli və gözəl interyer dizaynı üçün yeni standartlar təyin edəcək.

Şirkətin Azərbaycan üzrə marketinq rəhbəri Qabil Quliyevin verdiyi məlumata əsasən, “Volvo Cars” dünya avtomobil sənayesində dəri materialı üçün yüksək keyfiyyətli və daha dözümlü alternativlər tapmaqda aparıcı rol oynayır. ‘’Heyvanlara zərər vermədən’’ prinsipi ilə fəaliyyətə davam etmək şirkətin ən prioritet hədəflərindən biridir. “Volvo Cars” heyvan məhsullarına olan tələbatın azaldılmasına töhfə verərək, heyvanlara zərər vurmağı dayandırmaq məqsədilə əlindən gələni edərək, beynəlxalq aləmdə güclü və dayanıqlı etik mövqe nümayiş etdirir.

“Volvo Cars” heyvan məhsullarından istifadə etməyən və alternativlər axtaran avtomobil dizayn sənayesinin hərəkətverici qüvvəsidir. Belə ki, şirkət dəridən tamamilə imtina etməyi qarşısına hədəf qoysa da, keyfiyyət və ən başlıcası, dözümlülüyün də azaldılmasının qəti əleyhinədir. Təhlükəsizlik sahəsində innovativliyi ilə seçilən İsveç nəhəngi bu sahə üzrə də daima axtarışdadır. Məhz bu səbəbdən mütəmadi olaraq, artıq illərdir ki, keyfiyyət və dözümlülüyü saxlamaqla dəri məhsullarına alternativ axtarışları davam edir.

Qeyd edək ki, “Volvo Cars”-ın Azərbaycanda rəsmi nümayəndəsi “Scandinavian Auto” QSC-dir.

 

www.yenicag.az

203
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100