Dələduzlar pul qazanmaq üçün Teleqramda video mesajlar yazmağı öyrəniblər.
Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə xəbərdarlıq edilib. Xəbərdarlıqda bildirilir ki, dələduzlar pul qazanmaq üçün teleqramdan istifadə etməyə başlayıblar.
“Fırıldaqçılar pul qazanmaq üçün telegramda video mesajlar yazmağı öyrəniblər.
Bu ildən etibarən hesabların “oğurlanması” və borc pul tələb edən saxta poçt göndərişlərinə əsl sahibin səsi ilə səsli mesajlar və “dairələr” əlavə edilib.
Bu cür video mesajlar yaratmaq üçün sadəcə hesab sahibinin şəkli olmalıdır.
Onlar asanlıqla saxta hesab yaradaraq video və audio mesajj göndərə bilirlər.
Özünüzü fırıldaqçılardan qorumaq üçün iki faktorlu autentifikasiya quraşdırmalı, şübhəli keçidlərə klikləməməli və özünüz haqqında məlumat yaymamalısınız”, – xəbərdarlıqda deyilir.
Xuraman Etibarlı