“Bu versiya reallığı əks etdirmir”.
Bunu Yenicag.az-a açıqlamasında ABŞ-nin Rusiyanı danışıqlarda razı salmaq üçün İsveç və Finlandiyanı NATO-dan çıxaracağı ilə bağlı yayılan fikirlərə aydınlıq gətirən politoloq Vəli Əlibəyov deyib.
Onun sözlərinə görə, qəbul olunan üzvlərin NATO-dan çıxarılması ABŞ prezidenti Donald Trampın səlahiyyətində olmayan məsələdir.
“Çünki bu alyansın üzvü yalnız ABŞ deyil. Yəni qərarlar konsensus yolu ilə qəbul olunur. Avropa ilə münasibətlərin soyuq olduğu bir vaxtda Rusiyanın könlünü xoş etmək üçün Trampın belə təklifi qəbul olunmayacaq”, – deyə o bildirib.
Ətraflı tam olaraq videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov