Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İsveç XİN-i "Erməni soyqrımı"na münasibət bildirdi: "Tutarlı dəlillər olmalıdır"

İsveçin Xarici İşlər naziri Marqot Vallstrom keçirdiyi mətbuat konfransında deyib ki, onun ölkəsi üçün 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanımaq çətindir.

Yenicag.az xəbər verir ki, isveçli nazir qeyd edib: “Bizim üçün 1915-ci il hadisələrini ermənilərin və assuriyalıların soyqırımı kimi tanımaq mümkün görünmür. Bir ölkəyə qarşı soyqırımı iddiaları irəli sürmək üçün sizin əlinizdə tutarlı dəlillər olmalıdır”. Vallstrom əlavə edib ki, soyqırımı aktını beynəlxalq hüquq normaları çərçivəsində tanımaq üçün etibarlı mənbələr, şahid ifadələri və digər sübutlar olmalıdır.

Türkiyə Osmanlı imperiyası dövründə Anadolunun şərqində baş vermiş faciəli hadisələrin, erməni daşnak qruplarının Rusiyanın təcavüzü zamanı türklərə qarşı döyüşməsi fonunda cərəyan edən proseslərin sözdə “erməni soyqırımı” kimi tanınmasının əleyhinə çıxış edir. Ankara bəyan edir ki, həmin vaxt rus qoşunları və erməni quldurları tərəfindən də türk millətindən olan çoxlu sayda dinc insan qətlə yetirilib./AZƏRTAC/

www.yenicag.az

10427