İsveçdə təyyarə qəzası – 9 nəfər öldü

İsveçdə yüngülmühərrikli “GA8 Airvan” təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan 9 nəfərin hamısı ölüb.

Qəzanın baş vermə səbəbi araşdırılır.

Qeyd edək ki, təyyarə Umeo hava limanından yerli vaxtla saat 13:33-də səmaya qalxıb və Stursandsşer adasında yerə düşüb.