!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveçdə Vladimir Putin adına qadağa qoyuldu

!Reklam – Yazi

İsveçdə oğullarına Vladimir Putin adını qoymaq istəyən valideynlər bu istəklərinə nail ola bilməyiblər.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, valideynlərin oğullarına Vladimir Putin adını qoymaq istəyi yerli idarəetmə tərəfindən qəbul edilməyib.

Qərarın səbəbi açıqlanmasa da, İsveçdə daha öncə də uşaqlara bəzi adların qoyulması qadağan edilib.

İsveç sosial təşkilatı olan SR-in məlumatına görə, bu günə qədər ölkədə uşaqlara Allah, Maykl Cekson, Ford, Pilzner, Q, Token, Metallika kimi adların qoyulmasının qarşısı alınıb.

Qeyd edək ki, İsveçdə oğlan uşaqlarına ən çox Lukas, Liam Uilyam, qız uşaqlarına isə Alisa, Oliver Astrid adları qoyulur.

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv