Əslən İraqdan olan Salvan Momika İsveçdə yenidən “Qurani-Kərim”i yandırıb.
Yenicag.az xəbər verir ki, hadisə Malmö şəhərində ictimaiyyətin gözü qarşısında baş verib.
Naməlum şəxs aksiyanın qarşısını almağa çalışıb və polis tərəfindən saxlanılıb. Aksiyada 200-ə yaxın insan iştirak edib.
Qeyd edək ki, iraqlı miqrant olan Momika yaxın üç həftə ərzində Stokholm, Malmö və digər yerlərdə oxşar tədbirlərin keçirilməsi üçün ölkə hakimiyyətinə 12 yeni ərizə göndərib.