İsveçdən Türkiyə açıqlaması: “Dialoq davam etdirilir”

İsveçin Baş naziri Maqdalena Andersson Türkiyənin narahatlığını anladıqlarını bildirib.

Yenicag.az xəbər verir ki, Andersson NATO-ya üzvlüklə bağlı ölkəsinin Türkiyənin narahatlığını ciddi qəbul etdiklərini qeyd edib.

Baş nazir bildirib ki, problemin həlli üçün Finlandiya ilə dialoq davam etdirilir.

Qeyd edək ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəsələr də, rəsmi Ankara terrora dəstək verən ölkələrin NATO üçün təhlükəli ola biləcəyini qeyd edərək buna razılıq verməyib.