İsveçin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, PKK terror təşkilatının bu ölkədə keçirdiyi etiraz aksiyalarına görə İsveçin Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb.
Qeyd olunub ki, səfirə ölkəsinin öhdəlikləri xatırladılıb və terrorçuların Stokholmda keçirdiyi aksiyaların qarşısının alınması tələb edilib.
“Səfirə aksiyanın şiddətlə qınandığı və etiraz edildiyi güclü ifadələrlə bildirilib”, – deyə məlumatda qeyd olunub.