İsveçin NATO-ya qəbulu: Komissiya müzakirə başlayır

Noyabrın 16-da Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun müzakirəsinə başlayacaq.

Yenicag.az xəbər verir ki, sənəd təsdiq edildikdən sonra bütövlükdə parlamentin səsverməsinə çıxarılacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu oktyabrın 23-də imzalayaraq parlamentə təqdim edib.