Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşü çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlib.
Yenicag.az xəbər verir ki, A qrupunun ikinci oyununda isveçrəlilər 3:1 hesabı ilə qələbə qazanıb.
Görüşdə hesabı 14-cü dəqiqədə Murat Yakının baş məşqçisi olduğu yığma açıb. Kvadvo Dua dəqiq oynayıb. Fasilə ərəfəsində Mişel Ebişer macarları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.
66-cı dəqiqədə fərqlənən Barnabaş Varqa hesab arasındakı fərqi azaltsa da, matçın sonuna artırılan dəqiqələrdə adını tabloya yazdıran Brel Embolo İsveçrənin qələbəsində pay sahibi olub.
Qeyd edək ki, bu qrupun ilk oyununda Almaniya Şotlandiya seçməsinə 5:1 hesabı ilə qalib gəlib.