İsveçrə Prezidenti Kiyevə səfər etdi

İsveçrə Prezidenti İqnatius Kassis Ukraynaya səfərə gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə o, “Twitter”də yazıb.

“Yenə Ukraynada – sonuncu səfərimdən bir il sonra. Məqsədim müharibə ilə bağlı vəziyyət və ölkənin yenidən qurulması üçün hazırlıq işləri haqqında təəssürat yaratmaqdır”, – Kassis bildirib.

Bildirək ki, İsveçrə Rusiyanın Ukrayna ərazisinin bir hissəsini qanunsuz ilhaq etmək cəhdi ilə əlaqədar Rusiya Federasiyasından 30-dan çox fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini təsdiqləyib.