İsveçrənin ən böyük ikinci bankı çirkli pulların yuyulmasını həyata keçirib.
Yenicag.az “Reuters”a istinadən xəbər verir ki, “Credit Suisse” bankı narkotik kartelinin çirkli pullarının mənbəyini sorğulamadan qəbul edib.
2004-2008-ci illər aralığında kokain qaçaqmalçılığı ilə məşğul olan bolqar şəbəkəsindən qəbul edilmiş pulların mənbəyi sorğulanmayıb və 146 milyon frank məbləğində depozit qəbul edilib.
Bank sözügedən məsələ ilə bağlı yüksək məbləğdə cərimələnib.