Reklam: High Technic
hightechnic

İsveçrədə Mehriban Əliyevaya həsr olunan disk hazırlanıb

Dünya şöhrətli pianoçu Adilə Əliyevanın İsveçrədə iki kompakt-diski hazırlanıb. Bu haqda Fransanın “Le Dauphiné libéré” jurnalında məlumat verilib. CD-lərdən biri İsveçrə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə, digər isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunub. Bu CD-lərdə görkəmli İsveçrə (Frank Martin, Jan Daetviler, Liszt və Mendelson) və Azərbaycan (Vaqif Mustafazadə, Tofiq Quliyev, Oqtay Rəcəbov və s.) bəstəkarları tərəfindən yazılmış əsərlərin yenidən işlənmiş variantları yer alır.

Qeyd edək ki, Adilə Əliyeva hazırda Fransanın Annamesse şəhərində yaşayır. O, bir müddət İsveçrədə də yaşayıb. Həmin dövr ərzində bir çox konsertlərdə ifa edib və Frank Martin kimi helvetik bəstəkarların əsərlərinin səsyazmasında iştirak edib. Həmvətənimiz 50-dən çox ölkədə, hətta Vatikanda konsert proqramları ilə çıxış edib, 30-dan çox kompakt-diskin müəllifidir.

Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyevanın adına Fransada iki ildən bir pianoçuların müsabiqəsi keçirilir. Növbəti müsabiqə isə bu il mayın 15-dən 18-dək Fransada və İsveçrədə keçiriləcək.

DJB-nin Mətbuat xidməti

Yeniçağ.az

www.yenicag.az

89