İsveçrədə təyyarə qəzası: ölənlər var

İsveçrədə yüngül motorlu təyyarə qəzaya uğrayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, insident Pilatus dağının yaxınlığında, Firvaldştetsk gölünün sahilində yerli vaxtla saat 10:00-da baş verib.

Qəza nəticəsində həlak olanlar var. Lakin onların dəqiq sayı bildirilmir.

Təyyarənin meşəyə düşməsində sonra yanğın başlayıb, yanğının söndürülməsi üçün helikopterlər cəlb edilib.