İsveçrədəki sülh sammitini 4 min əsgər qoruyacaq

Dünəndən etibarən İsveçrə ordusu Bürgenstokda keçiriləcək Qlobal Sülh Sammitinin təhlükəsizliyini təmin etməyə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə İsveçrə mətbuatı məlumat yayıb.

“İyunun 5-dən 19-dək ölkənin silahlı qüvvələrinin dörd minə qədər üzvü təhlükəsizlik, müşahidə, komanda dəstəyi və maddi-texniki təminat daxil olmaqla, müxtəlif tapşırıqların yerinə yetirilməsinə köməklik göstərəcək. Rəsmilər həmçinin hava məkanının mühafizəsini təmin etmək üçün tədbirləri gücləndirirlər. Nidvalden kantonunun tələbi ilə hökumət hava məkanına məhdudiyyətlər tətbiq edib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, sammit 15-16 iyun tarixlərində keçiriləcək.

COP29