!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveçrədən ikilistandart: PKK terrorçularına olar, türklərə yox  

!Reklam – Yazi

Separatçı PKK terror təşkilatının reklamlarına icazə verən İsveçrə Federal Dəmiryolları türklərin terror qurbanlarının anılması ilə bağlı vermək istədiyi elanlara “yox” deyib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, İsveçrə Türk Toplumu terror qurbanlarının xatirəsini yad etmək üçün vağzallara elan vurmaq istəyib. Lakin aidiyyatı qurum türklərə aid QHT-nin bu tələbini qəbul etməyib. Səbəb kimi isə təhlükəsizliklə bağlı yarana biləcək problemlər göstərilib.

İsveçrədə yaşayan türk vətəndaşlar beynəlxalq terrorizmin qurbanlarına qarşı bu cür etinasız davranışa sərt reaksiya veriblər.

Elan üçün müraciət edən qurum hadisədən sonra açıqlama verib:
“Səlahiyyətli qurumlar buna icazə verməyərək fikir azadlığını məhdudlaşdırırlar. Müxtəlif qrupların bir terrorçunun azadlığa buraxılması üçün Basel, Bern, Luzern və Zurihdə siyasi çağırışlar etməsinə icazə verən qurum ölkədəki sülh və əmin-amanlıq mühitinə ciddi zərbə vurub. Ancaq terrorun qurbanlarına qarşı daha diqqətli olmağa çağıran bir elanın yayılmasına icazə verilmir”.

Qeyd edək ki, ötən ilin mart ayında paytaxt Berndə aralarında PKK, DHKP-C və YPG\PKK-nın da olduğu qruplar federal parlament qaşısında Türkiyə əleyhinə mitinq keçirmişdi. Mitinqdə prezident Ərdoğanı hədəf göstərən pankartlar açılmışdı. Həmin pankartlarda Ərdoğanın fotosu əks olunmuş, aşağısında isə “Ərdoğanı öldürün” sözü yazılmışdı.

www.yenicag.az

1370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv