İsveçrə Federal Şurasının (hökumət) sədri və vitse-kansleri Andre Simonatsi dağlarda yürüyüş zamanı keçinib.
Yenicag.az xəbər verir ki, bu barədə hökumət portalında məlumat verilib.
Bildirilib ki, siyasətçi dağlarda dincəlməyi çox sevirmiş. Cümə günü, mayın 10-da o, yürüyüş zamanı huşunu itirib və ölüb.
Simonatsinin həyat yoldaşı və üç övladı var. Federal Şuranın üzvləri və federal kansler onun vəfatı ilə bağlı başsağlığı veriblər./Oxu.az/