Hollandiyada qumar məqsədi ilə it döyüşü təşkil edən 4 nəfərə 6-9 ay müddətində həbs və 240 saat toplum xidmətləri cəzası verilib.
Yenicag.az xəbər verir ki, bu Hollandiya tarixinə ilk belə qərar kimi keçib.
Həbs edilənlər arasında bir qadın da var.
Qeyd edək ki, görüntülər yerli televiziyaların birində yayılıb. Bundan sonra məhkəmə orqanları məsələyə müdaxilə edib. Nəticədə günahkarların həbsinə qərar verilib.