!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İT yönümlü ixtisas seçənlər üçün müsbət şərait: "Seçim imkanı rahat olacaq"

!Reklam – Yazi

“Yeni qərar abituriyentlərlə yanaşı, valideynlər üçün də rahat olacaq”.

Bunu gələn il ölkədə ilk dəfə olaraq İnformasiya Texnologiyaları (İT) yönümlü ixtisas seçənlərin kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəyi ilə bağlı qərarı dəyərləndirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, İT yönümlü ixtisası seçən abituriyentlərlə bağlı verilən qərar məqsədəuyğundur:

“Gələn ildən artıq mühəndislik sahəsinə aid olan ixtisaslar iki yerə ayrılacaq. Bura informatikayönümlü mühəndislik ixtisasları və digər ixtisaslar daxildir. Nəzərdə tutulan qərarın çox gözəl və məntiqli olduğunu düşünürəm. Əslində, qərar çoxdan verilməli idi. Çünki kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, informatika texnologiyaları kimi ixtisaslarda oxuyan tələbələrin kimya fənnindən imtahan verməsinə ehtiyac yoxdur. İT yönümlü ixtisas seçən abituriyentlərin məhz informatikadan imtahan verməsi doğru addımdır. Əgər abituriyent informasiya texnologiyaları, sistem mühəndisliyi, proqramların avtomatlaşdırılması kimi ixtisasları seçmək istəyirsə, informatika fənnindən imtahan verməlidir. Əgər abituriyent geologiya, fizika, mexanika, riyaziyyat və s. bu kimi ixtisas seçərsə, bu halda kimya fənnindən imtahan verəcək. Abituriyent hər ikisində də iştirak etmək istəyirsə, o zaman hər iki fəndən imtahan verə bilər. Yeni qərar abituriyentlərlə yanaşı, valideynlər üçün də rahat olacaq. Təəssüf ki, bu gün maarifləndirmə işləri çox aşağı səviyyədədir. Halbuki maarrifləndirmə işləri lazımi səviyyədə olmalıdır ki, abituriyentlər düzgün seçim edə bilsinlər”.

Gülşən Şərif

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv