İtaliya A seriyasına yüksəldi – Tarixində ilk dəfə

İtaliya A seriyasına yüksələn sonuncu komandanın adına aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, söhbət “Benevento” klubundan gedir.

B seriyasının pley-offunun cavab matçında “Karpi”ni 1:0 hesabı ilə məğlub edən “Benevento” tarixində ilk dəfə bu sevinci yaşayıb. Tərəflər arasında keçirilən ilk oyun isə qolsuz başa çatmışdı – 0:0.

Qeyd edək ki, “Benevento” ilə yanaşı, “Spal” və “Verona” klubları da yeni mövsümdən etibarən A seriyasında çıxış edəcək.
Emin Seferov

Yenicag.az