İtaliya A seriyasına yüksələn 3-cü klub

Növbəti mövsümdən etibarən İtaliya A seriyasında çıxış edəcək 3-cü klubun adına aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, söhbət “Verona”dan gedir.

Belə ki, pley-off oyunlarında “Çittadella”nı iki oyunun nəticəsinə görə (0:2, 3:0) məğlub edən klub A seriyasına vəsiqəni təmin edib.

Qeyd edək ki, “Verona”dan əvvəl “Breşiya” və “Leççe” də növbəti mövsümdə A Seriyasında iştirak hüququ qazanmışdı.