İtaliya A seriyasında fantastik qol – VİDEO

İtaliya A seriyası çərçivəsində keçirilən “Sampdoria” – “Napoli” matçında fantastik qola imza atılıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmanın 75-ci dəqiqəsində Fabio Quaqliarella dabanla topu qonaqların qapısında keçirib.

Qeyd edək ki, qarşılaşma “Sampdoria”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.