İtaliya A seriyasının oyunları ləğv edildi

İtaliyanın Lombardiya və Veneto regionları ərazilərindəki bütün idman tədbirləri ləğv olunub.

Yenicag.az-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Cüzeppe Konte bəyan edib. Səbəb kimi bu regionlarda koronavirus xəstəlikləri göstərilib.

Ləğv olunmuş tədbirlər sırasına A Seriyasının “Verona” – “Kalyari”, “Atalanta” – “Sassuolo” və “İnter” – “Sampdoriya” matçları da daxildir. Hər 3 qarşılaşma bu gün keçirilməli idi. Yeni tarixlər hələ açıqlanmır.

Eyni zamanda həvəskar və gənclər liqalarında 42 matç, habelə B Seriyasının “Askoli” – “Kromeneze” görüşü də ertələnib.

Qeyd edək ki, hazırda A Seriyasının lideri 25 oyundan 60 xal yığan “Yuventus”dur. İlk “3-lüy”ə “Latsio” (56) və “İnter” (54) də daxildir./Report/

COP29