İtaliya bu səbəbdən limanları bağlayır

İtaliya aprelin 17-dən etibarən Rusiya gəmiləri üçün limanları bağlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Bildirilib ki, qadağa fevralın 24-dən sonra bayraqlarını dəyişdirən gəmilərə də şamil ediləcək. Hazırda İtaliyada olan gəmilər ticarət fəaliyyətlərini tamamlayan kimi limanları tərk etməli olacaqlar.