İtaliya futbolunda dopinq şoku: 4 ilədək cəza

İtaliya A seriyasında çıxış edən “Benevento”nun kapitanı Fabio Lucioni dopinqə “ilişib”.

Yenicag.az xəbər verir ki, futbolçunun III tur çərçivəsində keçirilən “Torino” ilə oyundan sonra verdiyi dopinq testinin nəticəsi müsbət çıxıb.

Onun qanında anabolik maddə Clostebol aşkarlanıb.

O, dopinqlə mübarizə mərkəzi tərəfindən idman məhkəməsinə verilib və lisenziyası əlindən alınıb.

Qeyd edək ki, Fabio Lucionini 1 ildən 4 ilədək yaşıl meydanlardan uzaqlaşdırılma cəzası gözləyir.

Məsəlı ilə bağlı açıqlama verən futbolçu, sadəcə, ona məsləhət görülən müalicəyə əməl etdiyini bildirib. Bundan başqa klub da yaydığı açıqlamada kapitanınln yanında olduğunu qeyd edib.