!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtaliya hökuməti "Apple" ilə "Samsung"u cərimələdi - SƏBƏB

!Reklam – Yazi

“Apple” şirkətinin öz iPhone modellərini bilərəkdən zəiflətməsi barəsində olan məhkəmə prosesləri hələ bitməyib.

Yenicag.az Technote-ə istinadən xəbər verir ki, ABŞ-da bu məsələ ilə bağlı istintaqlara və məhkəmə proseslərinə əlavə olaraq Apple şirkəti İtaliya hökuməti tərəfindən 10 milyon avro dəyərində cərimələnib. Bugün həmçinin məlum olub ki, İtaliya hökuməti həmdə bu məsələdə Samsung şirkətini də cərimə ilə cəzalandırıb.

“Apple”dan fərqli olaraq Samsung şirkətinə 5 milyon avro dəyərində cərimə cəzası təyin olunub. İtaliyanın antimonopoliya komitəsi Apple və Samsung şirkətlərini öz smartfon cihazlarının zəiflədilməsi üçün istifadə etdikləri yenilənmiş proqram təminatına görə cərimələyib. Hər iki şirkət 5 milyon avro dəyərində cərimələnib.

Lakin “Apple” əlavə olaraq 5 milyon avro dəyərində ona görə cərimələnib ki, o, öz müştərilərinə smartfon batareyasının ömrünün necə uzadılması və ya dəyişdirilməsi barəsində əlavə təlimat təqdim etməyib. Antimonopoliya komitəsi həmçinin qeyd edib ki, “Apple” və Samsung-un yenilənmiş proqram təminatları sözügedən şirkətlərin cihazlarında ciddi nasazlıqlara və nəticədə onların zəifləmələrinə gətirib çıxardıb. Beləliklə istifadəçilər bu şirkətlərin yeni smartfon modellərini almalı olublar. Bu iki şirkət öz müştərilərinə yeni proqram təminatlarının smartfonlara necə təsir etmələri barəsində kifayət qədər məlumat verməyib.

www.yenicag.az

10494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv