İtaliya konsulluğunda partlayış-1 ölü

скачанные файлы (3)Misirin paytaxtı Qahirədə İtaliya konsulluğu yaxınlığında partlayış baş verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 7 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

Hadisəyə səbəb bomba quraşdırılmış yük maşını olub.
İtaliyanın diplomatik nümayəndəliyinin əməkdaşlarından biri baş vermiş partlayış zamanı konsulluğun qapalı olduğunu və diplomatlardan heç kəsin zərər görmədiyini bildirib.

Partlayışdan dərhal sonra İtaliya xarici işlər naziri Paulo Gentiloni öz şəxsi

Twitter hesabında bu sözləri yazıb:

“Qahirədə konsulluğmuzu partlatmaq istədilər. Qurbanlar arasında italyan yoxdur. Dualarımız onlarladır. İtaliya bunu belə qoymayacaq”.