İtaliya millisi başsız qaldı

Futbol üzrə İtaliya yığması baş məşqçisiz qalıb.

Yenicag.az xəbər verir ki, Campyero Ventura bu gündən etibarən artıq “skuadra adzurra”nın baş məşqçisi deyil. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı açıqlama yayıb.

Qeyd edək ki, Ventura İtaliya millisinə 2016-cı ilin iyun ayından rəhbərlik edirdi. İtaliya yığması onun rəhbərliyi altında 60 ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.

COP29