İtaliya millisinin sabiq futbolçusu Fabrisio Mikkoli həbs olunub.
Yenicag.az xəbər verir ki, bu barədə Palermo məhkəməsi qərar qəbul edib.
Karyerasını 2015-ci ildə başa vuran Mikkoli 2010-cu ildə 12 min avro məbləğində borcunun geri qaytarılmasında köməklik göstərməsi üçün mafiya başçısı Mauro Lauriçelleyə müraciət etdiyi üçün 3 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Mikkoli karyerası ərzində “Ternana”, “Yuventus”, “Peruca”, “Fiorentina”, “Benfika”, “Palermo”, “Leççe” kimi klublardan forma geyinib.