İtaliyanın Əfqanıstandakı səfirliyinin ərazisində partlayış qeydə alınıb. İlkin məlumatlara görə, partlayış əraziyə raket sursatının düşməsi nəticəsində ola bilər.
«İlkin məlumatlara görə, raket sursatı xarici missiya kompleksinin ərazisinə düşüb. Hadisə yerinə yanğınsöndürən xidməti və güc strukturları cəlb olunub», – deyə yerli TOLO News kanalının yaydığı məlumatda bildirilir.
Partlayış zamanı səfirliyini əməkdaşının yaralandığı bildirilir. Qurbanlar barədə məlumat yoxdur.(Faktxəbər)