İtaliya səfirliyinin qarşısında avtomobil partladılıb, ölənlər var

Liviyanın paytaxtı Tripoli şəhərində İtaliya və Misir səfirliklərinin yanında avtomobil partladılıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində iki nəfər ölüb.

Partlayışın diplomatik missiyaya qarşı hücum olub-olmadığı aydınlaşdırılır.

Avtomobildən iki şəxsin meyitləri çıxarılıb. Hadisə yerində araşdırma aparılır.

Yeniçağ.Az