!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İtaliya şokda: Məşhur futbolçu ölü tapıldı

!Reklam – Yazi

Futbol üzrə İtaliya yığmasının və “Fiorentina” klubunun müdafiəçisi Davide Astori bu gün səhər saatlarında ölmüş vəziyyətdə tapılıb.

Yenicag.az xəbər verir ki, Florensiya təmsilçisi bu gün İtaliya çempionatının 27-ci turu çərçivəsində səfərdə “Udineze” ilə qarşılaşmalı idi. Lakin Davide oyun günü qaldıqları otel otağında gözlənilmədən dünyasını dəyişib.

İlkin ehtimala görə, yuxudan ayılmayan 31 yaşlı futbolçunun ürəyi dayanıb.

Bu hadisə ilə əlaqədar olaraq “Fiorentina”nın “Udineze” ilə matçı təxirə salınıb. Sözügedən matç Bakı vaxtı ilə 18:00-da başlayacaqdı. İtaliya Futbol Federasiyası bu oyunla yanaşı, digər çempionat qarşılaşmalarının da təxirə salındığını açıqlayıb.

www.yenicag.az

2897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv