İtaliya su altında

itaBütün İtaliya ərazisində fırtına xəbərdarlığı elan edilib. Ölkə paytaxtı Romada təhlükənin “qırmızı” kodu tətbiq edilib.

Buna səbəb iki gündür fasiləsiz olaraq davam edən leysan yağışlardır.

Ölkənin qərb vilayətləri artıq su altında qalıb. Onlarla kənddə evləri su basıb, sel yolları yuyub aparıb. Güclü yağışlardan daha çox fermer təsərrüfatları zərər çəkib.

İlkin hesablamalara görə, dəyən ziyan on milyonlarla avro təşkil edə bilər. Daşqınların Romaya da gəlib çatacağı gözlənilir.

Hakimiyyət artıq məktəb və uşaq bağçalarının, həmçinin Kolizey və Forum kimi məşhur muzeylərin bağlanması barədə qərar qəbul edib.

(topnews.az)